Kvabena Ovusu: "Qarabağ" və "Ferentsvaroş" eyni gücdədir"

"Bu gün təxminən eyni gücdə olan iki komanda meydana çıxacaq".

"Report"un məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" komandasının futbolçusu Kvabena Ovusu "Qarabağ"a qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

26 yaşlı hücumçu Ağdam təmsilçisinin güclü kollektivə sahib olduğunu bildirib: "Qarabağ"ı yaxşı tanıyıram. Köhnə dostları görmək çox xoş olacaq. Bizi xüsusi bir matç gözləyir".

Afrikalı forvard Macarıstan təmsilçisinin hədəflərindən də söz açıb: "Burada özümü yaxşı hiss edirəm. Hamımızın bir məqsədi var. O da UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqdır. Məşqlərimiz gərgin keçir, bu da normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Biz düzgün yoldayıq".

Qeyd edək ki, bu gün baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Kvabena Ovusu ilin əvvəlində "köhlən atlar"dan Macarıstan klubuna keçib.

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Superkompüter futbol üzrə dünya çempionatında qalib gələcək komandanın adını açıqlayıb

Azərbaycan Premyer Liqası: Daha 5 turun vaxtı açıqlanıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Rəşad Sadıqovdan "Qarabağ"la bağlı paylaşım: "Qələbəyə ehtiyacımız var idi"

"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub