Azərbaycan karateçisi: "Avropa Oyunlarından əvvəl çətinliklərlə üzləşdik"

Azərbaycan karateçisi: "Avropa Oyunlarından əvvəl çətinliklərlə üzləşdik"

"Yığma komandanın təlim-məşq toplanışı olmayıb, yarışlarda iştirak etmədik və çətinliklər gördük".

Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan karateçisi Mədinə Sadıqova III Avropa Oyunlarında çıxışını başa vurması barədə danışarkən deyib.

55 kq çəki dərəcəsindəki idmançı digər həmkarlarının əvvəlki turnirlərə qatıldığını bildirib: "Amma biz son iki ayda yarışlara getməmişik. Bu səbəbdən mübarizə çox çətin oldu".

Sadıqova qrup mərhələsində məğlub olduğu bolqarıstanlı İvet Qoranovanın Tokio olimpiadasının qalibi olduğunu xatırladıb: "Bu qarşılaşmada hesabda öndə idim. Hakimlərin ona adına görə əlavə xal verdiklərini düşünürəm. Sonra yerli idmançıya qalib gəldim. Axırıncı görüşdə isə qurduğum plan alınmadı və məğlub oldum. Son qarşılaşmada çox tələsdim, özümü toparlayıb xal ala bilərdim. Rəqibin taktikası ilə döyüşdüyüm üçün yenildim".

50 kq-dakı Fidan Teymurova rəqiblərinin hamısının güclü olduğunu söyləyib: "Görüşlərdə taktiki səhvlər etdim. Buna baxmayaraq, qələbə də qazana bilərdim, taktiki səhvlərə görə uduzdum".

Fidan Teymurova
Fidan Teymurova
Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Fərdi
Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Fərdi
Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Fərdi
FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib