"Sumqayıt" klubu "Şaxtyor"un yetirməsi ilə müqaviləni yeniləyib
"Sumqayıt" klubu futbolçusu Murad Xaçayevlə müqavilənin müddətini uzadıb.
"Gənlik şəhəri" təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun yetirməsi olan Murad Xaçayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. O, bu müddət ərzində 84 qarşılaşmada meydana çıxıb və 6 qola imza atıb.

https://qelebe.az//uploads/photo/sumqayit-klubu-shaxtyorun-yetirmesi-ile-muqavileni-yenileyib.webp











