İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti ilə görüşüb

İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti ilə görüşüb

Almaniyanın paytaxtı Berlində Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endrü Parsons və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, qurumun prezidentliyə namizədi İlqar Rəhimov arasında görüş keçirilib.

“Report” xəbər verir ki, görüş zamanı iyunun 30-da Portuqaliyanın Fatima şəhərində IBSA-nın növbəti Baş Assambleya və orada baş tutacaq seçkilər ətrafında müzakirələr aparılıb.

İlqar Rəhimov seçkilərdə IBSA-nın prezidentliyinə öz namizədliyinin irəli sürülməsi, eyni zamanda, hazırladığı islahatlar paketi barədə məlumat verib. İ.Rəhimov bildirib ki, islahatlar IBSA-nın fəaliyyətinin daha da genişləndirilməsi, şəffaflığın təmin olunması, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi ilə bağlı işlərin aparılması və digər istiqamətlərdə də nailiyyətlərin əldə edilməsi üçün önəmlidir. O, görmə məhdudiyyəti olan idmançıların Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirakı barədə də öz fikirlərini bölüşüb.

IPC-nin prezidenti Endrü Parsons isə öz növbəsində İlqar Rəhimovun IBSA-da dayanıqlı inkişafı təmin etmək məqsədilə qurumda müxtəlif istiqamətlərdə bir sıra dəyişikliklər və yeniliklərin həyata keçirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək, ona qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb.

Tərəflər arasında dünyada görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, xüsusilə Cənubi Amerika, Asiya və Afrika ölkələrində bu istiqamətlərdə işlərin aparılmasının vacibliyi qeyd olunub. E.Parsons bu istiqamətdə IPC-nin IBSA-ya lazım olacaq dəstəyi göstərəcəyini vurğulayıb.

IPC prezidenti, həm də Azərbaycanda paralimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərə görə İlqar Rəhimova öz təşəkkürünü bildirib.

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

Fərdi
Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki qadın şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Fərdi
"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb