Qelebə.az / Azərbaycanın voleybol hakimi Türkiyə millisinin oyununu idarə edəcək

Azərbaycanın voleybol hakimi Türkiyə millisinin oyununu idarə edəcək

3-06-2023, 10:43

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti dəfə təyinat alıb.

"Report"un məlumatına görə, o, kişi voleybolçular arasında "Qızıl Avropa Liqası"nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasını idarə edəcək.

Oyun iyunun 4-də Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Geri qayıt