Qelebə.az / Premyer Liqa: "Kəpəz" autsayderi, "Zirə" "Neftçi"ni qəbul edəcək

Premyer Liqa: "Kəpəz" autsayderi, "Zirə" "Neftçi"ni qəbul edəcək

1-04-2023, 07:40

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha iki oyunu keçiriləcək.

"QELEBE.AZ"un məlumatına görə, günün ilk matçı Gəncədə "Kəpəz"lə "Səbail" arasında baş tutacaq.

Hazırda Qərb təmsilçisi 22 xalla 8-ci, Bakı klubu isə 18 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında 7 dəfə üz-üzə gəliblər. Bunların 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Bir görüş heç-heçə ilə başa çatıb. Topların nisbətində də "sarı-göylər" rəqibindən geri qalır - 9:11.

"Kəpəz" evdə ən azı 2 qol vurub. Gəncə təmsilçisinin meydanındakı matçlarda 3 və ya daha çox qol qeydə alınıb.

Günün digər matçında isə 56 xalla 3-cü sırada yer alan "Neftçi" 37 xalla 4-cü pillədə gedən "Zirə"nin qonağı olacaq. Komandalar arasında bunadək baş tutan 29 Premyer Liqa oyununda "qartallar"ın üstünlüyü nəzərə çarpır - 12 qələbə. "Ağ-qaralar" isə 10 qarşılaşmada rəqibini məğlub edib. 7 görüşdə bərabərlik qeydə alınıb. Qol sayında isə Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda öndədir - 33:28.

"Neftçi" son üç oyunda qalib gəlib. "Zirə" son 6 ev matçından yalnız birində qol vurmayıb.

AzərbaycanPremyerLiqası
XXVIII tur
1 aprel (şənbə)

15:30. "Kəpəz" - "Səbail"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu.

19:30. "Zirə" - "Neftçi"
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, açılış oyununda "Sumqayıt" səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

Geri qayıt