Qelebə.az / “Barselona”dan darmadağın, “Atletiko”dan qələbə

“Barselona”dan darmadağın, “Atletiko”dan qələbə

Bu gün, 00:11

İspaniya La Liqasında VIII turun oyunları keçirilir.

QELEBE.AZ xəbər verir ki, “Barselona” doğma meydanda “Xetafe”ni qəbul edib.

Kataloniya təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.

Madrid “Atletiko”su səfərdə “Alaves”lə üz-üzə gəlib. Paytaxt təmsilçisi gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.

Günün digər görüşündə “Rayo Valyekano” və “Atletik Bilbao” komandaları qarşılaşıblar. Matç azarkeşlərin törətdiyi insidentlər səbəbindən yarımçıq dayandırılıb. Həmin vaxt hesab 0:0 olub.

Geri qayıt