“Barselona”dan darmadağın, “Atletiko”dan qələbə
İspaniya La Liqasında VIII turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, “Barselona” doğma meydanda “Xetafe”ni qəbul edib.
Kataloniya təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.
Madrid “Atletiko”su səfərdə “Alaves”lə üz-üzə gəlib. Paytaxt təmsilçisi gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
Günün digər görüşündə “Rayo Valyekano” və “Atletik Bilbao” komandaları qarşılaşıblar. Matç azarkeşlərin törətdiyi insidentlər səbəbindən yarımçıq dayandırılıb. Həmin vaxt hesab 0:0 olub.

https://qelebe.az//uploads/photo/barselonadan-darmadagin-atletikodan-qelebe.webp