“Gəncə” voleybol klubu heyətini gücləndirməkdə davam edir.
Apasport.az xəbər verir ki, komanda Azərbaycan millisinin üzvü Ülkər Kərimova ilə anlaşıb.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli voleybolçu karyerası ərzində ölkəmizin bir sıra klublarında çıxış edib. O, İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, dəfələrlə Azərbaycan çempionu adını qazanıb.