Qelebə.az / U-17 DÇ: Azərbaycan güləşçisi ilk görüşdə uduzdu

U-17 DÇ: Azərbaycan güləşçisi ilk görüşdə uduzdu

Bu gün, 12:19

Azərbaycanın sərbəst güləşçisi Hakim Tağıyev Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşündə məğlub olub.

QELEBE.AZ xəbər verir ki, 110 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Özbəkistan təmsilçisi Behruz Aşirova 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Geri qayıt