U-17 DÇ: Azərbaycan güləşçisi ilk görüşdə uduzdu
Azərbaycanın sərbəst güləşçisi Hakim Tağıyev Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşündə məğlub olub.
QELEBE.AZ xəbər verir ki, 110 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Özbəkistan təmsilçisi Behruz Aşirova 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/u-17-dch-azerbaycan-guleshchisi-ilk-gorushde-uduzdu.webp