Qelebə.az / 24 illik həsrət sona çatdı - Türkiyənin DÇ-dəki ilk qolu

24 illik həsrət sona çatdı - Türkiyənin DÇ-dəki ilk qolu

26-06-2026, 06:21

Türkiyə millisi dünya çempionatlarında 24 ildən sonra qol sevinci yaşayıb.

QELEBE.AZ xəbər verir ki, yığmanın ABŞ-la matçda vurduğu qol 2002-ci ildən sonra mundialdakı ilk qolu olub.

Tarixi qolun müəllifi Arda Güler olub.

Türkiyənin dünya çempionatlarındakı son qolu 2002-ci ildə İlhan Mansız tərəfindən Cənubi Koreyaya qarşı keçirilən üçüncü yer uğrunda matçda vurulmuşdu.

Xatırladaq ki həmin görüşdə türklər 3:2 hesabı ilə qalib gələrək bürünc medalların sahibi olmuşdular.

Geri qayıt