24 illik həsrət sona çatdı - Türkiyənin DÇ-dəki ilk qolu
Türkiyə millisi dünya çempionatlarında 24 ildən sonra qol sevinci yaşayıb.
QELEBE.AZ xəbər verir ki, yığmanın ABŞ-la matçda vurduğu qol 2002-ci ildən sonra mundialdakı ilk qolu olub.
Tarixi qolun müəllifi Arda Güler olub.
Türkiyənin dünya çempionatlarındakı son qolu 2002-ci ildə İlhan Mansız tərəfindən Cənubi Koreyaya qarşı keçirilən üçüncü yer uğrunda matçda vurulmuşdu.
Xatırladaq ki həmin görüşdə türklər 3:2 hesabı ilə qalib gələrək bürünc medalların sahibi olmuşdular.

https://qelebe.az//uploads/photo/24-illik-hesret-sona-chatdi-turkiyenin-dch-deki-ilk-qolu.webp