Futbol üzrə Azərbaycan I Liqasında pley-off oyunu keçirilib.
Apasport.az xəbər verir ki, I Liqanı 9-cu pillədə başa vuran “Şimal” ilə II Liqanı 2-ci sırada tamamlayan “Qaradağ Lökbatan” üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma saat 16:00-da başlayıb.
Oyun "Şimal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
I Liqa, pley-off
27 may
16:00. "Şimal" - "Qaradağ - Lökbatan" 2:1