“Şimal” yenidən I Liqada - YENİLƏNİB

“Şimal” yenidən I Liqada - YENİLƏNİB

Futbol üzrə Azərbaycan I Liqasında pley-off oyunu keçirilib.

Apasport.az xəbər verir ki, I Liqanı 9-cu pillədə başa vuran “Şimal” ilə II Liqanı 2-ci sırada tamamlayan “Qaradağ Lökbatan” üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma saat 16:00-da başlayıb.

Oyun "Şimal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

I Liqa, pley-off

27 may

16:00. "Şimal" - "Qaradağ - Lökbatan" 2:1