Qelebə.az / İspaniya millisinin üzvü "Vilyareal"dan ayrılacaq - RƏSMİ

İspaniya millisinin üzvü "Vilyareal"dan ayrılacaq - RƏSMİ

Bu gün, 12:27

"Vilyarreal" müdafiəçi Alfonso Pedrasanın mövcud müqaviləsinin başa çatmasından sonra komandadan ayrılacağını rəsmən açıqlayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər iyunun 30-da müddəti bitəcək sözləşməni yeniləməyəcəklər.

​Pedrasa "Vilyarreal"ın yetirməsidir. O, "Luqo", "Lids Yunayted", "Alaves" və "Betis"dəki icarə dövrləri istisna olmaqla, 2015-ci ildən bəri əsas komandada çıxış edir.

​30 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində bütün turnirlərdə ümumilikdə 234 oyuna çıxıb, 13 qol vurub və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt