İspaniya millisinin üzvü "Vilyareal"dan ayrılacaq - RƏSMİ
"Vilyarreal" müdafiəçi Alfonso Pedrasanın mövcud müqaviləsinin başa çatmasından sonra komandadan ayrılacağını rəsmən açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər iyunun 30-da müddəti bitəcək sözləşməni yeniləməyəcəklər.
Pedrasa "Vilyarreal"ın yetirməsidir. O, "Luqo", "Lids Yunayted", "Alaves" və "Betis"dəki icarə dövrləri istisna olmaqla, 2015-ci ildən bəri əsas komandada çıxış edir.
30 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində bütün turnirlərdə ümumilikdə 234 oyuna çıxıb, 13 qol vurub və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/ispaniya-millisinin-uzvu-quotvilyarealquotdan-ayrilacaq-resmi.webp