Qelebə.az / Azərbaycanda kuryoz hadisə: Komanda 2 qapıçı ilə oynayacaq!

Azərbaycanda kuryoz hadisə: Komanda 2 qapıçı ilə oynayacaq!

Bu gün, 16:23

Futbol üzrə Azərbaycan II Liqasında kuryoz hadisə baş verib.

“Apasport”un əldə etdiyi məlumata görə, “Sheki City” XXVI turun “Göygöl”lə matçına iki qapıçı ilə çıxacaq.

Maliyyə problemləri yaşayan komanda oyuna 1 ehtiyat futbolçu ilə yollanıb. 

Start heyətində Ayxan Qocayev qapıda, digər qolkiper Çerkez Hüseynov isə meydanda olacaq.

Qeyd edək ki, görüş 17:00-da start götürəcək.

Geri qayıt