Azərbaycanda kuryoz hadisə: Komanda 2 qapıçı ilə oynayacaq!

Azərbaycanda kuryoz hadisə: Komanda 2 qapıçı ilə oynayacaq!

Futbol üzrə Azərbaycan II Liqasında kuryoz hadisə baş verib.

“Apasport”un əldə etdiyi məlumata görə, “Sheki City” XXVI turun “Göygöl”lə matçına iki qapıçı ilə çıxacaq.

Maliyyə problemləri yaşayan komanda oyuna 1 ehtiyat futbolçu ilə yollanıb. 

Start heyətində Ayxan Qocayev qapıda, digər qolkiper Çerkez Hüseynov isə meydanda olacaq.

Qeyd edək ki, görüş 17:00-da start götürəcək.