Qelebə.az / 33 yaşlı mütəxəssis daha 3 il "Brayton"da - RƏSMİ

33 yaşlı mütəxəssis daha 3 il "Brayton"da - RƏSMİ

Bu gün, 11:25

"Brayton" baş məşqçisi Fabian Hürzelerlə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi almaniyalı mütəxəssisin müqaviləsini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı çalışdırıcı 2029-cu ilin yayına qədər “qağayılar”a rəhbərlik edəcək.

Qeyd edək ki, Fabian Hürzeler “Brayton”a 2024-cü ilin iyunundan rəhbərlik edir. Komanda hazırda Premyer Liqa cədvəlində 35 turdan sonra topladığı 50 xalla 8-ci pillədə qərarlaşıb.

Geri qayıt