33 yaşlı mütəxəssis daha 3 il "Brayton"da - RƏSMİ
"Brayton" baş məşqçisi Fabian Hürzelerlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi almaniyalı mütəxəssisin müqaviləsini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı çalışdırıcı 2029-cu ilin yayına qədər “qağayılar”a rəhbərlik edəcək.
Qeyd edək ki, Fabian Hürzeler “Brayton”a 2024-cü ilin iyunundan rəhbərlik edir. Komanda hazırda Premyer Liqa cədvəlində 35 turdan sonra topladığı 50 xalla 8-ci pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/33-yashli-mutexessis-daha-3-il-quotbraytonquotda-resmi.webp