Qelebə.az / Flikin taleyinə aydınlıq gəldi

Flikin taleyinə aydınlıq gəldi

31-03-2026, 13:48

"Barselona" baş məşqçi Hans-Diter Fliklə müqaviləni yeniləyib. 

Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Tərəflər arasında razılıq əldə olunub. Almaniyalı mütəxəssislə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Flikin hazırkı sözləşməsi gələn ilin iyun ayına qədər idi. 

Qeyd edək ki, "Barselona" 29 turdan sonra İspaniya çempionatının turnir cədvəlində 73 xalla liderdir.

Geri qayıt