Flikin taleyinə aydınlıq gəldi
"Barselona" baş məşqçi Hans-Diter Fliklə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Tərəflər arasında razılıq əldə olunub. Almaniyalı mütəxəssislə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Flikin hazırkı sözləşməsi gələn ilin iyun ayına qədər idi.
Qeyd edək ki, "Barselona" 29 turdan sonra İspaniya çempionatının turnir cədvəlində 73 xalla liderdir.

https://qelebe.az//uploads/photo/flikin-taleyine-aydinliq-geldi.webp