Qelebə.az / Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

9-09-2022, 08:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

"Report"un məlumatına görə, açılış oyununda "Turan Tovuz" evdə "Kəpəz"lə qarşılaşacaq. Tovuz şəhər stadionunda keçiləcək görüş saat 16:30-da başlayacaq.

Qərb derbisini Vüqar Həsənli idarə edəcək.

Hazırda Tovuz təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşıb. Xalı olmayan Gəncə klubu isə sonuncudur.

Azərbaycan Premyer Liqası

VI tur

9 sentyabr (cümə)

16:30. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun digər 4 matçı şənbə və bazar günləri oynanılacaq. Sentyabrın 10-da "Qəbələ" - "Neftçi" və "Səbail" - "Zirə", 1 gün sonra isə "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları baş tutacaq.

Geri qayıt