Qelebə.az / “Zirə” Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək

“Zirə” Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək

16-01-2026, 12:58

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün iki yoxlama oyunu keçirəcək.

QELEBE.AZ xəbər verir ki, “qartallar” əvvəlcə Ukraynanın “Oleksandriya” komandası ilə üz-üzə gələcək. Matç saat 13:00-da start götürəcək.

Digər görüş isə 18:00-da Çexiyanın “Bohemians” kollektivinə qarşı olacaq.

“Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çiksereda” komandası ilə heç-heçə edib – 3:3.

Geri qayıt