“Zirə” Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək
Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün iki yoxlama oyunu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, “qartallar” əvvəlcə Ukraynanın “Oleksandriya” komandası ilə üz-üzə gələcək. Matç saat 13:00-da start götürəcək.
Digər görüş isə 18:00-da Çexiyanın “Bohemians” kollektivinə qarşı olacaq.
“Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çiksereda” komandası ilə heç-heçə edib – 3:3.

https://qelebe.az//uploads/photo/zire-ukrayna-ve-chexiya-klublari-ile-uz-uze-gelecek.webp