Qelebə.az / Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu

Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu

29-12-2025, 09:13

Norveçli qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən Dünya Rapid Çempionatının qalibi olub.

QELEBE.AZ xəbər verir ki, norveçli 10,5 xal toplayaraq 6-cı dəfə turnirin qalibi olub.

O, daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə titul qazanıb.

Vladislav Artemyev (neytral olaraq oynayır) hindistanlı Arjun Erigaysi qabaqlayaraq ikinci yerə sahib çıxıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 9 xal toplayıb və 6-13-cü yerləri bölüşüb.

Geri qayıt