Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu

Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu

Norveçli qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən Dünya Rapid Çempionatının qalibi olub.

QELEBE.AZ xəbər verir ki, norveçli 10,5 xal toplayaraq 6-cı dəfə turnirin qalibi olub.

O, daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə titul qazanıb.

Vladislav Artemyev (neytral olaraq oynayır) hindistanlı Arjun Erigaysi qabaqlayaraq ikinci yerə sahib çıxıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 9 xal toplayıb və 6-13-cü yerləri bölüşüb.