Qelebə.az / “Fənər”in futbolçusu Super Liqada klubunu dəyişə bilər

“Fənər”in futbolçusu Super Liqada klubunu dəyişə bilər

22-11-2025, 13:01

"Fənərbaxça"nın hücumçusu Cenk Tosun Super Liqada klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, 3 klub türkiyəli forvardla yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

"Eyüpspor", "Kasımpaşa" və "Antalyaspor" yanvar ayında Cenki transfer etmək istəyir. 34 yaşlı futbolçu təklifləri götür-qoy etdikdən sonra qərarını verəcək.

Qeyd edək ki, Cenk Tosun "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesmonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

Geri qayıt