Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
“Fənər”in futbolçusu Super Liqada klubunu dəyişə bilər
"Fənərbaxça"nın hücumçusu Cenk Tosun Super Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, 3 klub türkiyəli forvardla yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
"Eyüpspor", "Kasımpaşa" və "Antalyaspor" yanvar ayında Cenki transfer etmək istəyir. 34 yaşlı futbolçu təklifləri götür-qoy etdikdən sonra qərarını verəcək.
Qeyd edək ki, Cenk Tosun "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesmonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

https://qelebe.az//uploads/photo/fenerin-futbolchusu-super-liqada-klubunu-deyishe-biler.webp