Qelebə.az / Yığmamız İslamiadanı bürünc medalla başa vurub

Yığmamız İslamiadanı bürünc medalla başa vurub

20-11-2025, 19:19

Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.

Rəqibinə 38:39 hesabı ilə məğlub olan yığmamız turniri üçüncü pillədə başa vurub.

Geri qayıt