Yığmamız İslamiadanı bürünc medalla başa vurub
Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.
Rəqibinə 38:39 hesabı ilə məğlub olan yığmamız turniri üçüncü pillədə başa vurub.

https://qelebe.az//uploads/photo/yigmamiz-islamiadani-burunc-medalla-basha-vurub.webp