Qelebə.az / “Fiorentina”da Motta səsləri

“Fiorentina”da Motta səsləri

31-10-2025, 15:22

“Fiorentina” baş məşqçisi Stefano Pioli ilə yolları ayırmaq niyyətindədir.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, uğursuz nəticələr davam edəcəyi təqdirdə, A Seriyası klubu italyan mütəxəssislə əməkdaşlığa son qoyacaq.

Klub rəhbərliyi artıq baş məşqçi postuna namizədi müəyyənləşdirib. Onlar komandanın sükan arxasına Tiaqo Mottanı gətirməyi planlaşdırılır.

Qeyd edək ki, “Fiorentina” A Seriyasında keçirdiyi 9 oyundan sonra cəmi 4 xal toplayaraq turnir cədvəlində sondan ikinci pillədə qərarlaşıb.

Geri qayıt