“Fiorentina”da Motta səsləri
“Fiorentina” baş məşqçisi Stefano Pioli ilə yolları ayırmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, uğursuz nəticələr davam edəcəyi təqdirdə, A Seriyası klubu italyan mütəxəssislə əməkdaşlığa son qoyacaq.
Klub rəhbərliyi artıq baş məşqçi postuna namizədi müəyyənləşdirib. Onlar komandanın sükan arxasına Tiaqo Mottanı gətirməyi planlaşdırılır.
Qeyd edək ki, “Fiorentina” A Seriyasında keçirdiyi 9 oyundan sonra cəmi 4 xal toplayaraq turnir cədvəlində sondan ikinci pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/fiorentinada-motta-sesleri.webp