Qelebə.az / Azarkeşləri daşıyan avtobus aşdı, yaralılar var

Azarkeşləri daşıyan avtobus aşdı, yaralılar var

28-10-2025, 13:04

Braziliyanın “Flamenqo” klubunun azarkeşlərinin olduğu avtobus qəza keçirib.

Apasport.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Fanatların olduğu avtobus Rio-de-Janeyroda aşıb. Hadisə nəticəsində 4 sərnişin ağır, 10-u orta, 32-si isə yüngül yaralanıb.

Azarkeşlər “Flamenqo”nun Libertadores kubokunda “Rasinq”lə oyunu üçün səfərə yollanırdı.

Geri qayıt