Azarkeşləri daşıyan avtobus aşdı, yaralılar var

Azarkeşləri daşıyan avtobus aşdı, yaralılar var

Braziliyanın “Flamenqo” klubunun azarkeşlərinin olduğu avtobus qəza keçirib.

Apasport.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Fanatların olduğu avtobus Rio-de-Janeyroda aşıb. Hadisə nəticəsində 4 sərnişin ağır, 10-u orta, 32-si isə yüngül yaralanıb.

Azarkeşlər “Flamenqo”nun Libertadores kubokunda “Rasinq”lə oyunu üçün səfərə yollanırdı.