Qelebə.az / İdmançımız MDB Oyunlarında tarixi qələbə qazanıb

İdmançımız MDB Oyunlarında tarixi qələbə qazanıb

30-09-2025, 13:08

Oqtay Hüseynov Azərbaycan tarixində MDB Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanan ilk idmançıdır.

QELEBE.AZ xəbər verir ki, qələbədən sonra idmançımız təəsüratlarını bölüşüb:

“Bu, inanılmaz bir hissdir! Mənim arzum budur ki, Azərbaycan bayrağını qaldırım və hər yarışda himnimiz səslənsin. Komanda yoldaşlarıma uğurlar arzulayıram. Mənə dəstək olan hər kəsə, həmçinin məşqçilərimə xüsusi təşəkkürümü bildirirəm.”- idmançı deyib.

Geri qayıt