İdmançımız MDB Oyunlarında tarixi qələbə qazanıb

İdmançımız MDB Oyunlarında tarixi qələbə qazanıb

Oqtay Hüseynov Azərbaycan tarixində MDB Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanan ilk idmançıdır.

QELEBE.AZ xəbər verir ki, qələbədən sonra idmançımız təəsüratlarını bölüşüb:

“Bu, inanılmaz bir hissdir! Mənim arzum budur ki, Azərbaycan bayrağını qaldırım və hər yarışda himnimiz səslənsin. Komanda yoldaşlarıma uğurlar arzulayıram. Mənə dəstək olan hər kəsə, həmçinin məşqçilərimə xüsusi təşəkkürümü bildirirəm.”- idmançı deyib.