"Qalatasaray"dan ayrılan Taylan Antalyalının gələcəyinə aydınlıq gəlib.
QELEBE.AZ xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Rizəspor"a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Taylan Antalyalı ötən mövsüm icarə əsasında "Bodrumspor"un formasını geyinib.