“Qalatasaray”ın futbolçusu “Rizəspor”da - RƏSMİ

“Qalatasaray”ın futbolçusu “Rizəspor”da - RƏSMİ

"Qalatasaray"dan ayrılan Taylan Antalyalının gələcəyinə aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Rizəspor"a transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin sabiq üzvü ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Taylan Antalyalı ötən mövsüm icarə əsasında "Bodrumspor"un formasını geyinib.