Qelebə.az / "Kayrat" tarixində ilk dəfə Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb

"Kayrat" tarixində ilk dəfə Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb

27-08-2025, 00:11

Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində "Seltik"i (Şotlandiya) üstələməklə bu uğura imza atıb.

Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan "Kayrat" (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək yalnız 2015/2016 mövsümündə "Astana"ya müyəssər olmuşdu.

Geri qayıt