Qelebə.az / Millimiz Lüksemburqa uduzdu - qrup sonuncusu oldu

Millimiz Lüksemburqa uduzdu - qrup sonuncusu oldu

26-08-2025, 09:34

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda son oyununa çıxıb.

QELEBE.AZ xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamız Lüksemburqla qarşılaşıb.

Basketbolçularımızın uğursuz seriyası davam edib. Millimiz 55:74 hesabı ilə uduzub. Bu nəticədən sonra yığmamız qrup sonuncusu olub. 

Qeyd edək ki, bundan əvvəl İsveçə (57:84), Niderlanda (49:81) və Slovakiyaya (62:70) məğlubi olub.

Geri qayıt