Millimiz Lüksemburqa uduzdu - qrup sonuncusu oldu
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda son oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamız Lüksemburqla qarşılaşıb.
Basketbolçularımızın uğursuz seriyası davam edib. Millimiz 55:74 hesabı ilə uduzub. Bu nəticədən sonra yığmamız qrup sonuncusu olub.
Qeyd edək ki, bundan əvvəl İsveçə (57:84), Niderlanda (49:81) və Slovakiyaya (62:70) məğlubi olub.

https://qelebe.az//uploads/photo/millimiz-luksemburqa-uduzdu-qrup-sonuncusu-oldu.webp