Türkiyə Basketbol Liqasının final mərhələsinə start verilib.
QELEBE.AZ xəbər verir ki, "Fənərbaxça Beko" öz meydanında "Beşiktaş"ı qəbul edib.
Ev sahibləri rəqibini 94:76 hesabı ilə məğlub etməyi bacarıblar.
Bu qələbə ilə “sarı-lacivərdlilər” seriyada hesabı 1:0-a çatdırıblar.
Qeyd edək ki, bu mərhələdə 4 qələbə qazanan komanda çempion olaraq kuboku muzeyinə aparacaq.