“Fənər” “Beşiktaş”ı məğlub etdi

“Fənər” “Beşiktaş”ı məğlub etdi

Türkiyə Basketbol Liqasının final mərhələsinə start verilib.

QELEBE.AZ xəbər verir ki, "Fənərbaxça Beko" öz meydanında "Beşiktaş"ı qəbul edib.

Ev sahibləri rəqibini 94:76 hesabı ilə məğlub etməyi bacarıblar.

Bu qələbə ilə “sarı-lacivərdlilər” seriyada hesabı 1:0-a çatdırıblar.

Qeyd edək ki, bu mərhələdə 4 qələbə qazanan komanda çempion olaraq kuboku muzeyinə aparacaq.