Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Rumıniya üzərində qələbə qazanaraq dünya çempionatında 1/4 finala yüksəldikləri oyunu şərh edib.
“Report” xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.
O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:
"Bu matça erkən final adını vermək olardı. Həqiqətən bizim üçün asan olmadı. Qarşıdakı qarşılaşmalar da çətin keçəcək. Əgər dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq".