Qelebə.az / “Arsenal” belçikalı futbolçu ilə müqavilə yeniləyəcək

“Arsenal” belçikalı futbolçu ilə müqavilə yeniləyəcək

11-05-2025, 18:25

“Arsenal” futbolçusu Leandro Trossardın müqaviləsini uzatmaq istəyir.

Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

İngiltərə klubu 30 yaşlı yarımmüdafiəçinin müqaviləsini 2029-cu ilin yayına kimi artırmaq niyyətindədir.

Xatırladaq ki, “topçular” belçikalı futbolçunu 2023-cü ildə 24 milyon avro qarşılığında “Brayton”dan transfer edib.

Qeyd edək ki, Trossard bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 10 qol, 8 assistlə yadda qalıb.

Geri qayıt