“Arsenal” belçikalı futbolçu ilə müqavilə yeniləyəcək

“Arsenal” belçikalı futbolçu ilə müqavilə yeniləyəcək

“Arsenal” futbolçusu Leandro Trossardın müqaviləsini uzatmaq istəyir.

Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

İngiltərə klubu 30 yaşlı yarımmüdafiəçinin müqaviləsini 2029-cu ilin yayına kimi artırmaq niyyətindədir.

Xatırladaq ki, “topçular” belçikalı futbolçunu 2023-cü ildə 24 milyon avro qarşılığında “Brayton”dan transfer edib.

Qeyd edək ki, Trossard bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 10 qol, 8 assistlə yadda qalıb.