Qelebə.az / Vasili Berezutski: “Bizim üçün vacib qələbədir”

Vasili Berezutski: “Bizim üçün vacib qələbədir”

9-05-2025, 21:39

Misli Premyer Liqasının XXXIV turunun "Sabah" - "Şamaxı" matçından (3:1) sonra ev sahiblərinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.

QELEBE.AZ xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam"

Geri qayıt