Vasili Berezutski: “Bizim üçün vacib qələbədir”
Misli Premyer Liqasının XXXIV turunun "Sabah" - "Şamaxı" matçından (3:1) sonra ev sahiblərinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
QELEBE.AZ xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam"

https://qelebe.az//uploads/photo/vasili-berezutski-bizim-uchun-vacib-qelebedir.webp